Rusiyanın müdafiə naziri Zakir Həsənova zəng etdi
16 noyabr 2021 20:08 (UTC +04:00)

Rusiyanın müdafiə naziri Zakir Həsənova zəng etdi

0

Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.

Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3952

Oxşar yazılar