"Üçüncü dünya müharibəsi olacaq":  Vanqanın 2025-ci il üçün dəhşətli PROQNOZU
18 iyun 2025 19:20 (UTC +04:00)

"Üçüncü dünya müharibəsi olacaq": Vanqanın 2025-ci il üçün dəhşətli PROQNOZU

Bolqarıstanlı görücünün sözləri İsrail və İran arasında münaqişənin şiddətlənməsi xəbəri fonunda insanları daha da təşvişə salıb.

1996-cı ildə vəfat edən mərhum bolqar görücü Baba Vanqanın 2025-ci ildə Avropada yeni genişmiqyaslı münaqişənin olacağını proqnozlaşdırdığı iddia edilir. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun sözləri, tərəfdarlarının fikrincə, qorxulu səslənir.

"Yazda Şərqdə müharibə başlayacaq və Üçüncü dünya müharibəsi olacaq", - ardıcıllarının fikrincə, Vanqa deyib.

O, xəbərdarlıq edib ki, münaqişə əhalini “viran qoyacaq” və Qərblə Şərq arasında toqquşma nöqtəsinə çevriləcək.

Rusiyanın Ukraynaya qarşı müharibəsi və Yaxın Şərqdəki münaqişə fonunda belə sözlər təşviş doğurur. Əgər yeni proqnozlar özünü doğrultsa, dünya qlobal fəlakətin astanasında qala bilər.

Bununla belə, Vanqa 2025-ci il üçün daha futuristik şeylər də proqnozlaşdırıb. Bunların arasında telepatiyanın kəşfi, təmiz enerjidə irəliləyiş və böyük idman tədbiri Superboul şousu zamanı yerdən kənar canlılarla görüş var.

Baba Vanqa bu proqnozları ilə də tanınır:

• 11 sentyabr 2001-ci il terror aktları;

• Barak Obamanın prezident seçilməsi;

• Çernobıl qəzası;

• Şahzadə Diananın ölümü;

• İndira Qandinin öldürülməsi.

Ancaq onun bütün proqnozları özünü doğrultmayıb. Məsələn, o, 2010-cu illərdə baş vermiş qlobal nüvə müharibəsi və 1994-cü ildə baş tutmayan Dünya Kubokunun konkret finalından danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar