"Vəsiyyət edəcəm ki, öləndə partiyanın sənədlərini mənimlə basdırsınlar" - Hafiz Hacıyev
27 iyun 2022 15:33 (UTC +04:00)

"Vəsiyyət edəcəm ki, öləndə partiyanın sənədlərini mənimlə basdırsınlar" - Hafiz Hacıyev

“Mən partiyanı heç kimə vəsiyyət etmək fikrində deyiləm”.

Lent.az xəbər verir ki, bu sözləri Modern.az-ın “özünüzdən sonra partiyanın rəhbərliyində kimi görmək istəyirsiniz” sualına cavabında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O qeyd edib ki, 100 yaşa qədər yaşamağı düşünür:

“Mən 100 yaşıma qədər yaşayacağam. 93-95 yaşımda, ölənə yaxın isə partiyanı ləğv edəcəyəm ki, heç kimə qalmasın. Vəsiyyət edəcəyəm ki, öləndə partiyanın sənədlərini mənimlə basdırsınlar”.

Partiya sədrinə müavini Gülər Əhmədovanı xatırlatdığımızda isə o, heç bir kadra ehtiyacının olmadığını qeyd edib:

“Gülər xanım hələ idarə heyətinin tapşırıqlarını yerinə yetirsin, gedib rusları müdafiə edir. O məsələlərə də baxılacaq. Gülər xanımdan narazılığım yoxdur, çox istəyirəm. Amma mən hələ gümraham, arxayın olsunlar. Payızda qurultayımız olacaq, müəyyən məsələlərə orada aydınlıq gətirəcəyik”.

# 3651
avatar

Oxşar yazılar