[b]Həmsədr: "Qarabağ əhalisinin mövqeyinin çatdırılması çox vacibdir"[/b]
23 iyun 2016 23:49 (UTC +04:00)

[b]Həmsədr: "Qarabağ əhalisinin mövqeyinin çatdırılması çox vacibdir"[/b]

0

ATƏT-in Minsk Qrupunun həmsədrləri  Dağlıq Qarabağ əhalisinin mövqeyinin münaqişənin nizamlanmasında ifadə olunmasını vacib hesab edir.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu  ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik erməni mətbuatına açıqlamasında bildirib.

 

“Dağlıq Qarabağ əhalisinin  mövqeyinin çatdırılması çox vacibdir. Bu səbəbdən də həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyət nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir”, - deyə Uorlik qeyd edib.

 

“Biz, Dağlıq Qarabağ əhalisinin səsini hərtərəfli qərar çərçivəsində ən yaxşı hansı şəkildə təmin edilməsinə dair qərar verməliyik”, - diplomat əlavə edib.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 483

Oxşar yazılar