[b]Prezident Administrasiyasında daha bir şöbə yaradıldı[/b]
03 iyun 2017 14:52 (UTC +04:00)

[b]Prezident Administrasiyasında daha bir şöbə yaradıldı[/b]

0

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb.

Lent.az “Report”a istinadən xəbər verir ki, bu, İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsidir.

 

Hələ ki, şöbə müdiri vəzifəsinə təyinat olmayıb.

 

Bununla da PA-da şöbələrin sayı 16-a çatdırılıb.

 

Qeyd edək ki, bundan əvvəl PA-da iki yeni şöbə yaradılmışdı. Bunlar Gənclər siyasəti və idman məsələləri şöbəsi və Millətlərarası münasibətlər və multikulturalizm və Dini məsələlər şöbəsidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar