Atəşkəs rejimi 22 dəfə pozulub
11 sentyabr 2019 09:23 (UTC +04:00)

Atəşkəs rejimi 22 dəfə pozulub

0
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. 
 
Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. 
 
Ağdam rayonunun işğal altında olan Nəmirli, Tağıbəyli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1394

Oxşar yazılar