ATƏT sədri Azərbaycana işguzar səfəri barədə <span style="color:red;">RƏSMİ MƏLUMAT
29 iyun 2016 16:11 (UTC +04:00)

ATƏT sədri Azərbaycana işguzar səfəri barədə RƏSMİ MƏLUMAT

0

30 iyun 2016-cı il tarixində ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasına işgüzar səfər edəcək. Lent.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində Frank-Valter Ştaynmayerin 30 iyun 2016-cı ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

 

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 30 iyun tarixində saat 13:10-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

 

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar