Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-a gedib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, o, iyulun 6-7-də Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında Baş Qərargah Rəislərinin ikinci Beynəlxalq Konfransında iştirak edəcək.