Azərbaycanda Fətullah Gülənin tərəfdarları ilə bağlı cinayət işi başlanıb
15 avqust 2016 20:50 (UTC +04:00)

Azərbaycanda Fətullah Gülənin tərəfdarları ilə bağlı cinayət işi başlanıb

0

Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə  Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

Bunu APA-ya Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

 

E. Sultanov bildirib ki, hazırda iş üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar