Braziliya xarici işlər nazirinin müavini Azərbaycanda səfərdə olub
24 may 2013 18:23 (UTC +04:00)

Braziliya xarici işlər nazirinin müavini Azərbaycanda səfərdə olub

0

Braziliya xarici işlər nazirinin müavini Hadil da Roşa Viananın rəhbərlik etdiyi nümayəndə heyəti 20-22 may tarixində Azərbaycanda səfərdə olub.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər zamanı Braziliya nümayəndə heyətinin Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov, AZAL QSC prezidentinin birinci müavini Sabir İlyasov və AZAL QSC-nin vitse-prezidenti Arif Məmmədov ilə görüşləri keçirilib.

 

Görüşlərdə Azərbaycan-Braziliya arasında ticari-iqtisadi əməkdaşlığın cari vəziyyəti və perspektivləri, iki ölkənin investisiya imkanları barəsində qarşılıqlı məlumat mübadiləsi, işgüzar dairələr arasında təmasların yaradılması, kənd təsərrüfatı, yeyinti sənayesi, o cümlədən aviasiya sahəsində əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparılıb.  Azərbaycan rəsmiləri ölkəmizin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, Azərbaycanın aparıcı rolu ilə regionda həyata keçirilən iri həcmli layihələr, habelə bir çox sahələrdə aparılan islahatlar haqqında məlumat veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 578

Oxşar yazılar