Con Kerri Misirə gedib
12 oktyabr 2014 14:10 (UTC +04:00)

Con Kerri Misirə gedib

0

ABŞ-ın dövlət katibi Con Kerri Misirin paytaxtı Qahirəyə səfər edib. Lent.az-ın məlumatına görə, səfərin məqsədi yaxın günlərdə Qahirədə keçiriləcək və Qəzza zolağının bərpasına həsr olunmuş beynəlxalq konfransda iştirak etməkdir. 

Konfransda 50-dən çox ölkənin nümayəndələri İsraillə Həmas qruplaşması arasında sonuncu qısamüddətli müharibədən sonra Qəzza zolağının gələcək aqibətini müzakirə edəcəklər. Fələstin Muxtariyyətinin rəhbərliyi Qəzza zolağının infrastrukturunun bərpası üçün 4 milyard dollar həcmində maliyyə yardımına nail olmağa çalışırır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 612

Oxşar yazılar