Prezident İlham Əliyev İndoneziyanın prezidenti Coko Vidodoyanı İndoneziyanın Müstəqillik günü münasibəti ilə təbrik edib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Dövlət başçısı bundan başqa Qabon Respublikasının prezidenti Ali Bonqo Ondimbaya Qabonun milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanlayıb.