Ermənistanın "ümid qapısı"nda Sarkisyanı yandırdılar
21 aprel 2013 23:28 (UTC +04:00)

Ermənistanın "ümid qapısı"nda Sarkisyanı yandırdılar

0

 

Aprelin 21-də Türkiyədə fəaliyyət göstərən Əsassız erməni soyqırımı iddialarına qarşı Mücadilə Dərnəyi (ASİMDER) və Azərbaycan Beynəlxalq Diaspora Mərkəzi(BDM) birlikdə Alican sərhəd keçid məntəqəsində Ermənistan əleyhinə aksiya keçirib.

1915-1918-ci illərdə erməni vandalları tərəfindən törədilən qırğınlara dünyanın diqqətini çəkmək üçün İğdıra toplaşan Azərbaycan dərnəkləri və Bakıdan mitinqə qatılan QHT təmsilçiləri mitinqə həmin şəhərdə yerləşən “Qılınclar” abidəsinə qərənfil qoyub, dualar oxumaqla başlayıblar.

Daha sonra buradan Alican sərhəd keçid məntəqəsinə doğru yürüş olub. Ermənistanla sərhəddə çıxış edən ASİMDER rəhbəri Göksel Gülbey 1915-1918-ci illərdə erməni daşnaqları tərəfindən edilən qırğınları dünya birliyinin diqqətinə çatdırmaqla yanaşı, Avropa və Amerikada erməni disporunun yalanlarını ifşa etdiklərini vurğulayıb.

Erməni diasporunun törədilən qırğınları ört-basdır etdiyini söyləyən Gülbey 1915-1918-ci illərdə, Osmanlı dövründə ermənilər tərəfindən bu bölgələrdəki şəhərlərlərdə böyük qırğınlar törədildiyini dilə gətirdi: “Buradan dünyaya səslənirəm. Keçmişdə bu torpaqlarda atalarımıza qarşı soyqırım edilib. Qarabağda, Xocalıda edilən qırğınları görməzlikdən gəlməsinlər. Burada türk millətinə qarşı haqsızlıq edilib".

Daha sonra çıxış edən BDM sədri İsmayıl Ağayev bu mitinqin sayca ikinci olduğunu vurğulayıb: "Biz ermənilərə demişdik ki, Qarabağdan çıxın. Türkiyə ilə işiniz olmasın. Rusiya, ABŞ və Fransanın əl oyuncağı olmayın. Sizlər heç bir zaman müsəlmanın dostu olmamısınız. Bu torpaqlarda axıtdığınız qanların hesabını verəcəksiniz. Bizim Qarabağ azad edildikdən sonra hədəfimiz İrəvanı almaq olacaq. İrəvan torpaqları bizimdir və bizim olacaq. Buradan ermənilərə bir daha səslənirəm. Türkiyənin ərazi bütövlüyünü tanınmalısınız. Nə zamana kimi bizlərdən torpaq istəyəcəksiniz, o zamana kimi ayaqlarımız altında əziləcəksiniz”.

İzdihamlı keçən mitinqin sonunda Ermənistan prezidenti Sej Sarkisyanın maketi yandırılıb.

 

(musavat.com)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1444

Oxşar yazılar