“Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər aprelin 22-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb. Bunu Azadlıq Radiosuna T. Qəmbər özü deyib.
Onun sözlərinə görə, vəkili Osman Kazımovla saat 9.30-da idarədə olmalıdır: “Niyə çağrılmağım haqda geniş məlumat verilmədi. Ancaq «Nida»-çılarla bağlı çağırdıqları aydındır”.
Qeyd edək ki, “Nida” Vətəndaş Hərəkatının 7 üzvü hazırda həbsdədir. Onlar haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib və Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə ittiham olunurlar.
Respublika Prokurorluğunun məlumatında bildirlib ki, onlardan bəzisinin evindən narkotik maddə, martın 10-da əsgər ölümlərinə etiraz aksiyası zamanı istifadə etmək üçün «Molotov kokteyli» və 94 min manat pul tapıldığı qeyd olunub.