Millət vəkili: "Bu gün hamımızın Zəhra adlı dərdimiz var"
08 iyul 2017 18:19 (UTC +04:00)

Millət vəkili: "Bu gün hamımızın Zəhra adlı dərdimiz var"

0

Millət vəkili Qənirə Paşayeva İstanbulda keçirilən TürkBirDev qurultayında Ermənistan silahlı qüvvələrinin vəhşicəsinə qətlə yetirdiyi balaca Zəhra və Ermənistan rəhbərliyinin törətdiyi cinayətlərdən danışıb.

 

Lent.az-ın məlumatına görə, əlində balaca Zəhranın fotosu ilə səhnəyə çıxan millət vəkili bildirib ki, cinayətkar Ermənistan rəhbərliyi bunun hesabını verməlidir: “Biz bütün Türk milləti olaraq birlikdə o işğalçı zehniyyətə buradan səslənərək deməliyik ki, bunun  cavabını verəcəklər və işğal etdikləri torpaqlarımızı geri qaytaracağıq”.

 

Q. Paşayeva bildirib ki, Azərbaycan xalqı işğalçı Ermənistanın törətdiyi bu cinayətlərə bütün Türk dünyasının etiraz səsini yüksəltməsini və bu cinayətlərin dünyaya geniş duyurulmasında daha fəal olmasını gözləyir və buna çağırır.

 

Q.Paşayeva Azərbaycan xalqının hər zaman qardaş Türkiyənin, digər Türk dövlət və toplumlarının yanında olduğunu xüsusi vurğulayıb.

 

 

Tədbir çərçivəsində TürkBirDev rəhbəri tərəfindən millət vəkili Q.Paşayeva qurultayda iştirakına və Türk dünyasına xidmətlərindən dolayı təşəkkür plaketi təqdim olunub.

 

Qeyd edək ki, qurultayda Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş bir sıra rəsmi şəxslər, ziyalılar, QHT və KİV rəhbərləri, tanınmış şair, yazar, aydınlar, ictimai fəallar iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar