Prezident Angela Merkelə başsağlığı verib
20 dekabr 2016 18:31 (UTC +04:00)

Prezident Angela Merkelə başsağlığı verib

0

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri  Angela Merkelə Berlində törədilmiş qanlı terror aktı ilə bağlı başsağlığı verib.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, başsağlığında belə deyilir:

Hörmətli xanım Federal Kansler,

Berlində törədilmiş qanlı terror aktı nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, dinc insanlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizədə birgə səylər göstərilməsini vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar