Prezident Litvanın müdafiə nazirini qəbul edib
08 oktyabr 2014 18:46 (UTC +04:00)

Prezident Litvanın müdafiə nazirini qəbul edib

0

Prezident İlham Əliyev bu gün Litvanın milli müdafiə naziri Yuozas Olekasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanla Litva arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. Eyni zamanda, müdafiə nazirlikləri arasında əməkdaşlığın bu əlaqələrin genişləndirilməsindəki rolu qeyd edilib.

 

Söhbət zamanı yüksək səviyyəli görüşlərin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb. Litvanın milli müdafiə naziri Yuozas Olekasın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyi bildirilib.
  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 497

Oxşar yazılar