FHN-nin təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
23 iyun 2017 14:47 (UTC +04:00)

FHN-nin təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

0

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının Qəbələ rayonunda yerləşən  “N” saylı hərbi hissəsində tədbir keçirilib. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanının müavini-qərargah rəisi polkovnik Etibar İsmayılov, hərbi hissənin rəhbərliyi, zabit və əsgərlər iştirak edib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Toplantını giriş sözü ilə açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. Ümummilli liderin ordu quruculuğunda misilsiz xidmətlərindən danışan natiq demişdir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ulu öndərin gərgin zəhmətinin bəhrəsidir və Azərbaycan Silahlı Qüvvələri  bu gün cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.

Sonra Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov cıxış edərək Azərbaycanda ordu quruculuğundan, bu sahədə ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Mülkü müdafiə qoşunlarının Azərbaycanın ordu sistemindəki rolundan geniş bəhs etmişdir. O, qeyd etmişdir ki, müstəqilliyin ilk illərində Azərbaycan yaxşı günlərini yaşamırdı və bunun nəticəsi idi ki, ölkə parçalanmağa doğru gedirdi. Məhz xalqın təkidi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı ağrılı günlərdən firavan, müstəqilliyi möhkəmlənmiş, dünya ölkələri sırasında söz sahibi olan bir ölkəyə çevirib. Onun sayəsində ordumuz yenidən quruldu və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirdi. Ümummilli liderimizin layiqli davamçısı, möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev bu siyasəti mükəmməl şəkildə davam etdirir. Natiq vurğulamışdır ki, bizim istənilən an torpaqlarımızı düşməndən azad etməyə qadir güclü ordumuz var.

Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev şəxsi heyəti bayram münasibətilə təbrik etmiş, onlara şərəfli vəzifələrində uğurlar arzulayıb.

Sonda xidmətdə fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar