Avropa Birliyinin (AB) Avropa Qonşuluq Siyasəti və genişləndirmə komissarı Ştefan Fülenin Azərbaycana səfərinin tarixi açıqlanıb.
APA-nın məlumatına görə, AB-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Rolan Kobia AB rəsmisinin Bakıya mayın 2-də səfər edəcəyini bildirib.
Ş. Füle səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşəcək, görüşlərdə Azərbaycan və AB arasında əməkdaşlığın bütün spektrləri müzakirə olunacaq.
R. Kobia daha bir AB rəsmisinin – enerji üzrə komissar Günter Ottingerin isə Azərbaycana iyun ayında səfər edəcəyini açıqlayıb.