Şura Litvanın beynəlxalq konfransa dəstək verəcək
29 may 2013 13:54 (UTC +04:00)

Şura Litvanın beynəlxalq konfransa dəstək verəcək

0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Demokratik Siyasət İnstitutu və Avropa Parlamentinin Xalq Partiyası siyasi qrupu ilə birgə iyunun 6-dan 8-dək Vilnüs şəhərində keçiriləcək Litvanın Avropa Birliyinin sədrliyinə həsr edilən “Dəyərlər və siyasət: Avropanın xristian kökləri” adlı beynəlxalq konfransın təşkilində iştirak edəcək.

 

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, beynəlxalq tədbirdə Avropa Parlamentinin, Avronest Parlament Assambleyasının üzvlərinin, nüfuzlu dövlət xadimləri və diplomatların iştirakı nəzərdə tutulur.

 

Xatırladaq ki, 1 iyun 2013-cü ildən Avropa Birliyinə Litva sədrlik edəcək. Göstərilən tarixdən sonra ilk dəfə təşkil olunan bu mühüm beynəlxalq konfransda Avropanın nüfuzlu siyasi şəxsləri bu qitənin gələcək prioritet istiqamətləri ilə bağlı müzakirələr aparacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar