Yaponiyanın İmperatoru Akihito prezident İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu yollayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, təbrikdə deyilir:
“Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, Zati-alinizə xoşbəxtlik və Azərbaycan xalqına rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram”.