Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun 32-ci iclası keçiriləcək
Tehranda 23-24 aprel tarixlərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 32-ci iclası keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edəcək.