Yevlaxda Qarabağ erməniləri ilə növbəti görüş başa çatdı - YENİLƏNİB
29 sentyabr 2023 16:36 (UTC +04:00)

Yevlaxda Qarabağ erməniləri ilə növbəti görüş başa çatdı - YENİLƏNİB

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başa çatıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, görüşdə Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunub.

***
Saat: 15:13

Bu gün Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilir.

Lent.az APA-ya istinadla xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov təmsil edir.

Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunur.

Xatırladaq ki, bu, lokal xarekterli antiterror tədbirlərindən sonra Qarabağın erməni sakinlərinin nümayəndələri və Azərbaycan Mərkəzi hakimiyyətinin təmsilçiləri arasında 3-cü görüşdür. Bundan əvvəl ilk dialoq Yevlaxda, ikincisi isə Xocalıda baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5289
avatar

Oxşar yazılar