Azərbaycan polisi istirahətdə
Daxili İşlər Nazirliyinin rəsmi saytında (mia.gov.az) yeni bölmə yaradılıb. Lent.az-ın məlumatına görə, yeni bölmə nazirliyin tabeliyində fəaliyyət göstərən "Xəzri" istirahət və sağlamlıq mərkəzi (http://www.khazri.mia.gov.az/) haqqındadır.
Xəzri İstirahət və Sağlamlıq Mərkəzi Daxili İşlər Nazirliyi tərəfindən Zuğulba qəsəbəsində, Xəzər dənizinin sahilində 13.5 hektar sahədə inşa edilib. Heydər Əliyev adına Beynəlxalq hava limanından Mərkəzə avtomobillə 10-15 dəqiqəyə gəlmək mümkündür. Mərkəzin əsas binasında hər cür mebel və avadanlıqlarla təchiz edilmiş 109 standart nömrə, 9 suit nömrə, 1 prezident nömrəsi, bundan əlavə dənizkənarında ikimərtəbəli 8 kottec var. Qeydiyyat xidməti 24 saat fəaliyyət göstərir, 2 restoran, 1 kafe, 4 bar, böyüklər və uşaqlar üçün qapalı və açıq havada amfiteatr, hovuzlar, boulinq və bilyard salonu, konfrans və iclas zalları, bərbərxana və gözəllik salonu, mühafizə olunan ödənişsiz avtomobil dayanacağı, voleybol, mini-futbol meydançaları, tennis kortu, SPA və fitnes salonu, uşaqlar üçün qapalı və açıq havada oyun meydançaları, təhlükəsiz çimərlik zonası, gəzinti və qaçış üçün geniş və abad ərazi qonaqların ixtiyarındadır. Qadınlar və kiçik yaşlı uşaqları olan qonaqlar çimərlik zonasına elektrik gəzinti avtomobilləri ilə aparıla bilər. Mərkəzin ərazisində yalnız xüsusi ayrılmış yerlərdə siqaret çəkməyə icazə verilir. Siqaret çəkən və çəkməyən qonaqlar ayrı otaqlarda yerləşdirilir.
DİN-in Xəzri İstirahət və Sağlamlıq Mərkəzində bir günlük xərcin mövsümlər üzrə qiymətləri ilə saytdan ətraflı məlumat əldə etmək mümkündür. Mərkəzdə bir günlük ən aşağı qiymət 60 manat, ən baha qiymət isə 400 manat təşkil edir.
Qeyd edək ki, mərkəzdə polis əməkdaşlarına güzəştlər tətbiq olunur.
Onu da qeyd edək ki, “Xəzri” bir neçə ay əvvəl əsaslı təmirdən sonra istifadəyə verilib.
Nizam RZA

Oxşar yazılar

Dəfn zamanı ölənin alnından öpmək təhlükəlidir – XƏBƏRDARLIQ
2 avqust 2025 , 14:25Sabah çimərliklərdə suyun temperaturu çox yüksək olacaq - PROQNOZ
2 avqust 2025 , 13:23
Sabah da 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
2 avqust 2025 , 12:05
Yer üzündə gün qısaldı: ciddi nəticələr barədə XƏBƏRDARLIQ
2 avqust 2025 , 11:11
Bakıda hazırda 38 dərəcə isti var - FAKTİKİ HAVA
2 avqust 2025 , 11:02
Avqust bu BÜRCLƏRƏ sərvət və uğur gətirəcək: siyahıda kimlər var?
2 avqust 2025 , 09:09
Avqustda işdə şanslı olacaq BÜRCLƏR
2 avqust 2025 , 00:02