“Məktəbli qız” açıq dərsdə - FOTO - VİDEO
Bakıda 307 saylı orta məktəbin II sinfində ibtidai sinif müəllimi Nüşabə Xəlilova açıq dərs keçib. Lent.az-ın verdiyi məlumata görə, slaydlardan istifadə edilməklə keçirilən açıq dərsdə məktəbin müəllimləri, direktor müavini iştirak edib.
Açıq dərs dahi Azərbaycan şairi Hüseyn Cavidin “Məktəbli qız” şeirinə həsr olunub. Öncə şagirdlərə repressiya qurbanı olmuş şairlər, o cümlədən Hüseyn Cavidlə bağlı sallar ünvanlanıb. Nüşabə Xəlilova slaydların müşayiəti ilə şagirdlərə Hüseyn Cavidin həyatı barədə məlumat verib, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə dahi şairin 100 illik yubileyi zamanı onun nəşinin Sibirdən gətirilərək Naxçıvanda dəfn edildiyini nəzərə çatdırıb.
Eyni zamanda Hüseyn Cavidin 1996-cı ildə Bakıda təşkil edilən ev muzeyindən və Naxçıvandakı məqbərəsindən görüntülər nümayiş olunub. Şairin həyat yoldaşı Müşkünaz xanım, oğlu Ərtoğrul, qızı Turan xanımın da qəbirləri bu məqbərədədir.
Nüşabə Xəlilova prezident İlham Əliyevin fərmanı ilə bu il Hüseyn Cavidin 130 illik yubileyinin keçirildiyini qeyd edib. Oktyabr ayı 307 saylı orta məktəbdə Hüseyn Cavid ayı kimi qeyd olunub.
Açıq dərsdə repressiya qurbanlarının fotoşəkilləri görüntülənib. Xalqımıza qarşı repressiyaların sonrakı illər də davam etdiyini söyləyən Nüşabə Xəlilova 1991-ci il noyabrın 21-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində dövlət xadimlərimizin olduğu vertolyotun vurulduğunu xatırladıb. Daha sonra şagirdlər “Məktəbli qız” şeirini söyləyiblər. Şeir yaşlı kişi ilə məktəbli qız arasındakı dialoqdan bəhs edir. Şagirdlər dialoq formasında da şeiri danışıblar. Müəllim şeirdə təlqin edilən dəyərlərə toxunub. Şagirdlər elm və təhsil almanın zəruri olması barədə atalar sözləri, müəllim, ana və ata ilə bağlı şeirlər söyləyiblər.
Açıq dərsdə şagirdlərə məktəbdə davranış qaydaları, şagird hüquqları barədə suallar ünvanlanıb.
Daha sonra şagirdlər arasında qruplar təşkil edilərək açıq dərsdə toxunulan mövzularla bağlı tapşırıqlar verilib, yarışma keçirilib. Şagirdlərə tapşırıqları yerinə yetirmək üçün 5 dəqiqə vaxt verilsə də, tapşırıqlar vaxtından əvvəl yerinə yetirilib. Nüşabə Xəlilova tapşırıqları qiymətləndirib. Tapşırıqların yerinə yetirilməsinə əsasən şagirdlərin dərsi mənimsəmə səviyyəsi müəyyənləşdirilib.
Dərsin sonunda Hüseyn Cavidin həyatı və “Məktəbli qız” şeiri ilə bağlı bir daha şagirdlərə suallar ünvanlanıb.
Sonda şagirdlər açıq dərsdə hazırlıq səviyyələrinə görə qiymətləndirilib, onlara ev tapşırığı verilib.

Oxşar yazılar

Avqustda işdə şanslı olacaq BÜRCLƏR
2 avqust 2025 , 00:02
Sabah Bakıda çox əlverişsiz hava olacaq ki... - XƏBƏRDARLIQ
1 avqust 2025 , 19:07
Dörd BÜRC üçün yeni imkanlar açılacaq: Uğur zirvəsində olacaqsınız
1 avqust 2025 , 18:43
Lənkəranda məktəbi söküb yerində mərkəz tikirlər? - Valideynlər və müəllimlər narazıdırlar
1 avqust 2025 , 17:24
Üzərinə milçək qonan yeməyi yemək olarmı? - AÇIQLAMA
1 avqust 2025 , 17:09
500-dən çox bal toplayan bu abituriyentlər ali məktəbə qəbul olmaya bilərlər - Səbəblər AÇIQLANDI
1 avqust 2025 , 16:25
Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər - QAYDALAR
1 avqust 2025 , 16:17