Avropa İttifaqı ilə əməkdaşlığın perspektivləri müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəsmisi Frederika Bernanı və Aİ-nin 2014-2017-ci illər üzrə yardım proqramlarının hazırlanması məsələlərini müzakirə etmək üçün ölkəmizdə səfərdə olan Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin proqramlaşdırma missiyasının nümayəndələrini qəbul edib. Bu barədə Lent.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə qeyd olunub ki, yeni proqramlaşdırma çərçivəsində 2017-ci ilədək Aİ-nın yardımlarının yönələcəyi prioritet sahələri müəyyən edəcək uzunmüddətli Vahid Yardım Çərçivəsinin qəbul olunması nəzərdə tutulur. Vahid Yardım Çərçivəsinin Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planının prioritetlərinə uyğun hazırlanmasına xüsusi diqqət yetirilir. Aİ-nin yeni proqramlaşdırma siyasəti yardım proqramlarının daha səmərəli istiqamətləndirilməsini tələb edir və bunun üçün hökumətlə birgə üç əməkdaşlıq sahəsinin seçilməsi məqsədəuyğundur.
Görüş zamanı sosial müavinətlərin unifikasiyası, aktiv sosial yardım proqramlarının tətbiqi, həmçinin güzəştli sosial kreditləşmə sahəsində Aİ ölkələrinin təcrübəsinin öyrənilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının artırılması, texniki əməkdaşlığın həyata keçirilməsi məsələləri müzakirə olunub.

Oxşar yazılar

Sabahın tibbi-meteoroloji PROQNOZU
2 may 2025 , 19:59
Bakıda hava qaralanda bu avtobuslar yoxa çıxır... - YENİLƏNİB
2 may 2025 , 19:27
Bu rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
2 may 2025 , 18:16
Aprelin 6-da keçirilən imtahanların NƏTİCƏLƏRİ
2 may 2025 , 17:33
Dünyanın ən yaxşı çimərlikləri - SİYAHI
2 may 2025 , 15:51
“Xaricdə təhsil” fırıldaqçılarından necə yayınaq? – Bu şirkətlərlə ehtiyatlı olun
2 may 2025 , 15:23
"Manatlıq taksilər qazandıqlarını cəriməyə verirlər" - Yol polisindən AÇIQLAMA
2 may 2025 , 15:11