Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları dəyişdi
13 dekabr 2012 10:38 (UTC +04:00)

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları dəyişdi

0
Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması ilə bağlıdır.

Bundan sonra əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunacaq. Bundan əvvəl hərbi qulluqçulara qeydiyyatda olduqları hərbi komissarlıqlar arayış veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1778

Oxşar yazılar