Selin dağıtdığı dəmir yolları bərpa olunur
Dəmir yolunun Osmanlı-Azadkənd mənzilində yeni körpü salınacaq
Kür çayının məcrasından çıxması və suyun səviyyəsinin qalxması ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kollektivi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Daşqınlar nəticəsində dəmir yolunun Şirvan-Astara istiqamətində problemlər yaranıb və mayın 9-da saat 16. 30-dan etibarən Astara istiqamətində qatarların hərəkəti dayandırılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, Osmanlı-Azadkənd mənzilini sel suları basdığına görə 15-ci kilometrlikdə subasmanın qarşısını almaq üçün yarılan yol yatağı 80 metrə qədər genişlənib. Son məlumata görə, həmin istiqamətdə 10 kilometrə yaxın yolun torpaq yatağı sel suları nəticəsində çökməyə məruz qalıb. Artıq həmin ərazidə bərpa işləri gedir.
Daşqınların yaratdığı fəsadları aradan qaldırmaq üçün Osmanlı-Azadkənd mənzilini 15-ci kilometrliyində yeni körpünün salınmasının və yolun bərpasının layihəsi hazırlanır.
Elxan SALAHOV

Oxşar yazılar

Yaxın illərdə güclü maqnit qasırğaları gözlənilir - XƏBƏRDARLIQ
2 avqust 2025 , 21:15
Bu ölkəyə güclü qar yağdı, uşaqlar qartopu oynadılar
2 avqust 2025 , 19:22
Sabah hava bu insanlar üçün çox təhlükəli olacaq
2 avqust 2025 , 19:09
Astroloqlardan avqust ayının ən təhlükəli günü ilə bağlı XƏBƏRDARLIQ
2 avqust 2025 , 18:47
"Geri qayıtmaq istəmirdim": Klinik ölüm yaşayan kişinin təəccüblü HEKAYƏSİ
2 avqust 2025 , 18:25
Yekaterinburqda Azərbaycan bazarı söküldü - FOTOLENT
2 avqust 2025 , 17:34