Bir neçə məktəb direktoru işdən çıxarılıb
Misir Mərdanov: “XI sinif şagirdlərinin dərslərdə iştirak etməməsi barədə məlumatlar heç də həmişə doğru olmur”
“Təhsil Nazirliyinin Bakının orta məktəblərində yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti ilə bağlı keçirdiyi reyd nəticələri məlumdur. Mən bu reydlərin nəticəsindən narazı deyiləm. Bu araşdırmalar göstərdi ki, XI sinif şagirdlərinin dərslərdə iştirak etməməsi barədə məlumatlar əsasən, yalan məlumatlardır. Bu məlumatlar heç də həmişə doğru olmur”.
Təhsil naziri Misir Mərdanov jurnalistlərlə söhbətində belə deyib. Bununla belə, nazir bəzi məktəblərdə XI sinif şagirdlərinin dərsə davamiyyətinin zəif olması hallarına rast gəlindiyini təsdiqləyib. Ancaq bu, bütün məktəblərə şamil edilə bilməz.
“Əlbəttə nöqsanlar var. Amma şagirdlər dərsə davam edirlər. Belə olmasa, şagirdlər attestat ala bilməz ki! Bu yaxınlarda 8 fənn üzrə keçirilən sınaq imtahanları göstərir ki, imtahanı verə bilməyən şagirdlərin attestat almamaq təhlükəsi şagirdlərin dərsə davamiyyətinə stimul yaradır”.
Nazir qeyd edib ki, hər il Bakıda bir neçə orta məktəb direktoru təkcə şagirdlərin dərsə davamiyyətinin aşağı olduğuna görə cəzalandırılır: “Bu il də belə hallar olub. Bir neçə müəllimə bu yaxınlarda töhmət verilib. Hətta işdən çıxarılanlar da olub”.
Elxan SALAHOV

Oxşar yazılar

Belarus vətəndaşları İrandan Azərbaycana keçdi
16 iyun 2025 , 19:14
Bu bürclər üçün həyatda parlaq bir zolaq başlayır: onları xoşbəxtlik gözləyir
16 iyun 2025 , 18:28
Lukaşenkodan kartofu tez-tez yeməyin təhlükələri barədə XƏBƏRDARLIQ
16 iyun 2025 , 18:06
"Yaşayan Nostradamus"dan gələcək haqqında bədbin PROQNOZ
16 iyun 2025 , 16:41Öz ölümünə 10 dəqiqə gecikən TƏLƏBƏ
16 iyun 2025 , 15:14Meteohəssas insanlar üçün sabahın PROQNOZU
16 iyun 2025 , 14:37
Leysan, dolu, sulu qar - Sabahın havası
16 iyun 2025 , 12:51