
Şeyxülislam Azərbaycan xalqını təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. QMİ-dən APA-ya daxil olan təbrikdə qeyd olunur ki, yer üzünə təravət və yeni ab-hava bəxş edən Novruz bayramı Ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır: “Yaradanın lütfü ilə, bu bayramın bəşəriyyət üçün önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruza xüsusi özəlliklər gətirir və onun üstün yönlərini daha da artırır. Dinimizdə xüsusi yeri olan bir çox müqəddəs hadisələrin, o cümlədən Həzrəti Peyğəmbərimizlə bağlı mübarək məqamların bu təqvimə təsadüf etməsi Novruza ilahi səciyyə bəxş edir. İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən el bayramı olan Novruz xalqımızın tarixi yaddaşında özəl yer tutaraq Uca Yaradana məhəbbəti, yaratdığı nemətlərə şükür-sənanı və onun yolunda xeyirxahlığı təcəssüm etdirir. Bu əziz gündə Allahdan diləyim budur ki, öz mərhəməti və şəfqətini xalqımızın, dövlətimizin üzərindən əskik etməsin, bu əziz günü doğma Qarabağda bayram etməyi tezliklə bizlərə qismət eləsin. Mübarək qədəmləri ilə təşrif buyuran əziz Novruz bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah-Təaladan xalqımıza xoşbəxtlik, rifah, bayram sevinci arzu edirəm”.
Oxşar yazılar

Belarus vətəndaşları İrandan Azərbaycana keçdi
16 iyun 2025 , 19:14
Bu bürclər üçün həyatda parlaq bir zolaq başlayır: onları xoşbəxtlik gözləyir
16 iyun 2025 , 18:28
Lukaşenkodan kartofu tez-tez yeməyin təhlükələri barədə XƏBƏRDARLIQ
16 iyun 2025 , 18:06
"Yaşayan Nostradamus"dan gələcək haqqında bədbin PROQNOZ
16 iyun 2025 , 16:41Öz ölümünə 10 dəqiqə gecikən TƏLƏBƏ
16 iyun 2025 , 15:14Meteohəssas insanlar üçün sabahın PROQNOZU
16 iyun 2025 , 14:37
Leysan, dolu, sulu qar - Sabahın havası
16 iyun 2025 , 12:51