Qamət Süleymanov: ““Əbu Bəkr” məscidində namaz qılıram”
29 mart 2009 10:00 (UTC +04:00)

Qamət Süleymanov: ““Əbu Bəkr” məscidində namaz qılıram”

““Əbu Bəkr” məscidi bağlı olsa da, biz öz tərəfdarlarımıza dəvətlər etməkdəyik. İndi şəhərin hər yerindəyik. Bakının sünni məscidlərində toplaşır, fəaliyyətimizi davam etdiririk. Məscid bağlanandan sonra tərəfdarlarımızın sayı daha da artıb”. Bu sözləri “vesti.az” saytına açıqlamasında “Nərimanov rayon dindarları” Dini İcmasının rəhbəri, “Əbu Bəkir” məscidinin imamı Qamət Süleymanov deyib. “Əbu Bəkr” məscidi bağlanandan sonra yaranmış vəziyyəti şərh edən Q. Süleymanov mövcud durumun heç də onların əleyhinə işləmədiyini deyib: “Bu yolda lap qiyamətə qədər də gedəcəyik. İstəmirəm, məsələ Avropa Məhkəməsinə gedib çıxsın”.

Q. Süleymanov hazırda bir neçə yaxın adamı ilə “Əbu Bəkr” məscidində ibadət etdiklərini də deyib: “Mənimlə bərabər bir neçə nəfər məscidə gedib-gəlir, orada ibadət edirik”.

Elbrus Seyfullayev
# 1328

Oxşar yazılar