“Donuz qripi” 23 ölkədə yayılıb
Azərbaycanda bu xəstəliklə bağlı şübhəli hallar qeydə alınmayıb
Dünyanın 23 ölkəsində 1893 laborator təsdiq olunmuş A(H1N1) qrip hadisəsi qeydə alınıb. Bu ölkələr Meksika, ABŞ, Kanada, Yeni Zelandiya, İsrail, İspaniya, Avstriya, Almaniya, Birləşmiş Krallıq, İsveçrə, Niderland, Honkonq, Danimarka, Fransa, Cənubi Koreya, İrlandiya, Kosta-Rika, İtaliya, Kolumbiya, Salvador, Portuqaliya, Qvatemala və İsveçdir.
Səhiyyə Nazirliyindən Lent.aza verilən xəbərə görə, bu məlumatı Ümumdünya səhiyyə Təşkilatı yayıb. Məlumata görə, həmin 23 ölkədə 1893 laborator təsdiq olunmuş A(H1N1) qrip hadisəsi qeydə alınıb. “Donuz qripi” virusu Meksikada 29, ABŞ-da isə 2 nəfərin ölümü ilə nəticələnib.
Nazirliyin mətbuat xidmətində bildirirlər ki, Azərbaycanda bu xəstəliyə şübhəli hallar qeydə alınmayıb.
Elxan SALAHOV

Oxşar yazılar

Belarus vətəndaşları İrandan Azərbaycana keçdi
16 iyun 2025 , 19:14
Bu bürclər üçün həyatda parlaq bir zolaq başlayır: onları xoşbəxtlik gözləyir
16 iyun 2025 , 18:28
Lukaşenkodan kartofu tez-tez yeməyin təhlükələri barədə XƏBƏRDARLIQ
16 iyun 2025 , 18:06
"Yaşayan Nostradamus"dan gələcək haqqında bədbin PROQNOZ
16 iyun 2025 , 16:41Öz ölümünə 10 dəqiqə gecikən TƏLƏBƏ
16 iyun 2025 , 15:14Meteohəssas insanlar üçün sabahın PROQNOZU
16 iyun 2025 , 14:37
Leysan, dolu, sulu qar - Sabahın havası
16 iyun 2025 , 12:51