
Türkiyə universitetlərini bitirən azərbaycanlı məzunlar papaqatma mərasimi keçirib
Mayın 28-də Ankarada, Azərbaycanın Türkiyədəki Səfirliyində Türkiyə Universitetlərini bu il bitirən azərbaycanlı məzunlarla görüş keçirilib. Diaspora İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirə bu ölkənin bütün şəhərlərindəki ali məktəblərində təhsilini başa vuran gənclərimiz qatılıblar. Görüşdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov, Türkiyə Təhsil Nazirliyinin nümayəndələri, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür, Adana-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Yaqub Bulut, Ceyhan Bələdiyyəsinin başçısı Hüseyn Sözlü, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və qurumun bütün fəal üzvləri iştirak ediblər. Tədbirdə çıxış edənlər məzunları ali məktəbi bitirmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Görüş məzunlarla vida mərasimi xarakteri daşımaqla yanaşı, həm də Türkiyədə təhsilini, elmi fəaliyyətini davam etdirəcək və ya orada qalıb işləyəcək soydaşlarımızın diaspor işində fəallığının artırılmasına dair fikir mübadiləsi məqsədilə keçirilib. Bu il Türkiyə Universitetlərini bitirən azərbaycanlı məzunların təhsil aldıqları müddətdə bu ölkədəki diasporumuzun ən aktiv hissəsini təşkil etdiklərini nəzərə alaraq, bundan sonra da onların Türkiyədəki Azərbaycan diasporunun daha da güclənməsinə səy göstərmələri, bu məqsədlə əllərindən gələni əsirgəməmələri görüşün əsas müzakirə mövzusu olub. DİDK sədrinin birinci müavini V.Hacıyev öz çıxışında fəaliyyətini Türkiyədə və ya dünyanın hər hansı ölkəsində davam etdirmələrindən asılı olmayaraq, məzunlara diaspor hərəkatında aktiv olmağı, Azərbaycan həqiqətlərini dünyada yorulmadan təbliğ etməyi, Azərbaycan dövlətinin mənafelərini hər zaman müdafiə etmələrini tövsiyə edib.
Qeyd edək ki, görüşə bütün məzunlar təmsil etdikləri ali məktəbin geyim formasında qatılıblar.
Sonda ali məktəbi bitirmək əlaməti olaraq ənənəvi papaqatma mərasimi keçirilib.
Görüşün rəsmi hissəsindən sonra tədbir Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın ifasında konsert proqramı və ziyafətlə davam edib.
Pərvin ABBASOV
Qeyd edək ki, görüşə bütün məzunlar təmsil etdikləri ali məktəbin geyim formasında qatılıblar.
Sonda ali məktəbi bitirmək əlaməti olaraq ənənəvi papaqatma mərasimi keçirilib.
Görüşün rəsmi hissəsindən sonra tədbir Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın ifasında konsert proqramı və ziyafətlə davam edib.
Pərvin ABBASOV
Oxşar yazılar

Kommunal xidmətlə bağlı abonent dəyişdiyi zaman pul ödənilir? – CAVAB
7 may 2025 , 09:50
Mayda Azərbaycana qar yağdı - GÜNÜN HAVASI
7 may 2025 , 09:41
May BEŞ BÜRC üçün ilin ən xoşbəxt ayı olacaq
7 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 may 2025 , 08:30
Yolda belində odun daşıyan 70 yaşlı nənə ilə maraqlı söhbət - VİDEO
7 may 2025 , 06:20
Mayın 7-i hava necə olacaq? - VİDEO
7 may 2025 , 00:46
Nadir şans əldə edəcək BÜRCLƏR - Onların ulduz vaxtı başlayır
7 may 2025 , 00:02