Xəzərin səviyyəsi 6 metr enəcək
Bu proqnoz Dünya Bankının “Avropa və Mərkəzi Asiyada iqlim dəyişikliklərinə uyğunlaşma” adlı hesabatında yer alıb
Xəzər dənizində suyun səthinin buxarlanması prosesinin sürətlənməsi ilə əlaqədar XXI əsrin ortalarında hövzənin səviyyəsi 6 metr aşağı düşəcək.
APA-nın məlumatına görə, bu fikir Dünya Bankının “Avropa və Mərkəzi Asiyada iqlim dəyişikliklərinə uyğunlaşma” adlı hesabatında yer alıb. Xəzərin səviyyəsinin aşağı enməsi hövzənin balıq ehtiyatlarına və sahil infrastrukturuna mənfi təsir göstərəcək.
Dünya Bankının ekspertlərinin hazırladığı hesabatda bildirilir ki, Avropa İttifaqının hüdudlarından kənarda əvvəllər ətraf mühitin lazımınca mühafizə olunmaması və əsassız olaraq geniş miqyaslı infrastruktur formalaşdırılması təhlükəli nəticələrə səbəb ola bilər.
Bu səbəbdən hətta cüzi iqlim dəyişiklikləri belə həmin ölkələrə mənfi təsir göstərəcək.
Hesabatı hazırlayan qrupun rəhbəri Marianna Fey artıq Avropa və Mərkəzi Asiyada iqlim dəyişikliklərinin real nəticələrinin ortaya çıxdığı bildirib. XX əsrin əvvəllərində başlayaraq Avropa və Mərkəzi Asiyada orta illik hərarət 0,5 dərəcə, Sibirdə isə 1,6 faiz artıb. XXI əsrin ortalarında isə orta illik hərarətin 1,6-2,6 dərəcə artacağı gözlənilir. Hərarətin dəyişməsi qış aylarında Avrasiyanın şimalında daha çox hiss olunacaq.
Yaxın 20-40 il ərzində Sibirdə şaxtalı günlərin sayının 14-30 gün azalacağı gözlənilir. Bu regionun cənubunda iqlim dəyişikliyi daha çox yay aylarında nəzərə çarpacaq, yayda qızmar günlərin sayının 22-37 gün artacağı gözlənilir.
İqlim dəyişiklikləri Baltik dənizi, Adriatik dənizi, Aralıq dənizinin Türkiyə sahilləri, Qara dəniz, Xəzər dənizi və Rusiyanın Arktik sahillərinə də təsirsiz ötüşməyəcək. Qeyd olunduğu kimi Dünya Bankının ekspertləri Xəzərin səviyyəsinin nəzərə çarpacaq dərəcədə aşağı düşəcəyini proqnozlaşdırırlar.

Oxşar yazılar

Bu ərazidə də su kəsiləcək
18 iyun 2025 , 12:55
Bakıya yağış yağacaq - Sabahın havası
18 iyun 2025 , 12:05
Azərbaycanda təyyarə qiymətinə qatar bileti: 147 manata Qazax reysi
18 iyun 2025 , 11:38Boşananda ipotekadakı mənzil necə bölünür? - CAVAB
18 iyun 2025 , 11:10
Bu BÜRCLƏRƏ güclü təkan veriləcək: kimlər şanslı olacaq?
18 iyun 2025 , 09:09
Bu rayonlarda işıq olmayacaq
18 iyun 2025 , 09:08
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 iyun 2025 , 08:23