Əsas qanun deyil, onun düzgün izah edilməsidir
Parlamentin fəaliyyətinin işıqlandırılması üzrə layihənin birinci mərhələsi başa çatıb
Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyi Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının donorluğu ilə “Parlamentin işinin cəmiyyətə çatdırılmasında medianın rolu” layihəsinin icrasına başlayıb. Layihəyə uyğun olaraq, parlamentdə qəbul edilən qanunlar, verilən qərarlar barədə cəmiyyətə daha ətraflı məlumat çatdırılacaq. Buna paralel olaraq parlament-media və media ilə cəmiyyət arasında münasibətlər daha da gücləndiriləcək.
buna xidmət edir.
İctimai Birliyin rəhbəri Elşad Eyvazlı Lent.az-a bildirib ki, layihə Milli Məclisdə qəbul olunan qanunlar, onlara edilən əlavə və dəyişikliklərlə, ictimai önəm daşıyan sənədlər barədə əhali arasında sorğunun aparılmasını, müzakirəsi gedən qanun layihələrinin ictimai müzakirələrinin təşkil edilməsini, müzakirələrdə Milli Məclis üzvlərinin və aidiyyəti qurum nümayəndələrinin və ekspertlərin iştirakının təmin edilməsinin nəzərdə tutur. Onun sözlərinə görə, artıq birinci mərhələ başa çatıb və daha çox ictimai önəm daşıyan qanunların müəyyənləşdirilməsi məqsədilə keçirilən anket sorğularının nəticələri bəlli olub. Rəyi öyrənilənlər təhsil, pensiya təminatı, sığorta, sağlamlıq və digər sahələrdə maarifləndirməyə ehtiyac olduğunu və bu sahədə qəbul edilən sənədlərin cəmiyyətə qanunların deyil, mütəxəssis vasitəsilə çatdırılmasına ehtiyac duyulduğunu bildiriblər.
Elşad Eyvazlı qeyd edib ki, layihənin ikinci hissəsində bu məsələlərlə bağlı ictimai müzakirələr keçiriləcək, eyni zamanda İnternet saytı yaradılacaq və bu məqamlar orada əksini tapacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Tezliklə çox pis xəbər alacaq BÜRCLƏR
8 may 2025 , 00:02
21 nömrəli avtobus niyə yoxa çıxır? -VİDEO
7 may 2025 , 22:54
5 BÜRCÜ güclü dəyişiklik dalğası bürüyəcək: Bu gündən
7 may 2025 , 18:38
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi keçirilib
7 may 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
7 may 2025 , 16:32
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
7 may 2025 , 16:13
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
7 may 2025 , 16:04