Jurnalistlər arasında paraşütdən tullanma yarışı keçiriləcək
0
0
Azərbaycanda jurnalistlər arasında paraşütdən tullanma yarışı keçiriləcək. Bu barədə Lent.az-a Könüllü Hərbə Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) Respublika Şurasının sədri general-mayor Novruzəli Orucov bildirib. Bir neçə ay əvvəl Azərbaycanda fəaliyyət göstərən iki telekanalın əməkdaşlarının Balakəndəki aviabazada paraşütdən tullandığını bildirən N.Orucov bunu müxtəlif jurnalistlərin iştirakı ilə yarış formasında keçirmək istədiklərini deyib: “Bizim fikrimiz var ki, jurnalistlər arasında paraşüt yarışı keçirək. Hələlik lazım qədər jurnalist yığılmayıb, 10-15 nəfər şəxs var. Sayları 50 nəfər olanda biz bu yarışı keçirəcəyik”.
N.Orucov həmçinin qeyd edib ki, yarışda iştirak etmək üçün hər bir jurnalist müraciət edə bilər.
Nizam RZA
N.Orucov həmçinin qeyd edib ki, yarışda iştirak etmək üçün hər bir jurnalist müraciət edə bilər.
Nizam RZA
0
0