Ov mövsümünün başlayacağı gün açıqlandı
Azərbaycanda 2011-2012-ci illər üçün ov mövsümü iyunun 4-dən açıq elan edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə söyləyib.
2011-2012-ci illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri aşağıdakı kimi müəyyən edilib;
Təkə - 4 iyun - 29 oktyabr 2011-ci il tarixlərində;
Qaban (çöl donuzu) - 10 sentyabr - 24 dekabr 2011-ci il tarixlərində;
Dovşan - 12 noyabr 2011-ci il - 7 yanvar 2012-ci il tarixlərində;
Bataqlıq qunduzunun (nutriya) - 15 oktyabr 2011-ci il-25 fevral 2012-ci il tarixlərində nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir.
Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.
Vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə aşağıda göstərilən regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:
Qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı;
Təkə - Zaqatala, Şəki, Qax, Oğuz, Quba ;
Dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı.
Ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Birdəfəlik ov icazəsinin qiyməti aşağıdakı kimi müəyyən edilib:
Dovşan - 2 manat 20 qəpik;
Çaqqal - 3 manat 96 qəpik;
Yenot və qunduz -1 manat 65 qəpik;
Təkə - 24 manat 75 qəpik;
Qaban (çöl donuzu) - 16 manat 50 qəpik.
Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.

Oxşar yazılar

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46