ADU rektoru Norveçdə təhsil alacaq tələbələrlə görüşüb - FOTO
ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səməd Seyidov Oslo Universiteti ilə ADU arasında “Norveçşünaslıq” adlı böyük bir layihənin həyata keçirildiyini söyləyib.
Rektor 42 gün Norveçdə yay kursunda olacaq tələbələrə Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə edib. Səməd Seyidov ADU-da fəaliyyət göstərən norveçli mütəxəssislərin layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Tələbələr də yaradılan şəraitə görə ADU-nun rektoruna və bu layihənin gerçəkləşməsində əməyi keçən şəxslərə minnətdarlıqlarını çatdırıblar. Görüşdə iştirak edən Oslo Universiteti və ADU arasında mövcud əməkdaşlıq layihəsinin koordinatoru, norveçli mütəxəssis Vibeke Roggen Səməd Seyidova təşəkkür edib. O, yay məktəbi dövründə keçiriləcək təlimlər haqqında məlumat verib.
Xatırladaq ki, ADU ilə Oslo Universiteti arasında olan əməkdaşlıq çərçivəsində bu il iyun ayının 24-dən avqustun 5-dək ADU-nun skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan 10 tələbəsi Oslo Universitetində Beynəlxalq yay məktəbində olacaq. Onları ADU-nun 2 müəllimi də müşayiət edəcək. 12 nəfərlik nümayəndə heyəti iyunda Norveçə yola düşəcək.

Oxşar yazılar

Pul tezliklə çay kimi axacaq: Şanslı BÜRCLƏR kimlərdir?
8 iyul 2025 , 00:02
Gənc şair Həsən Kür vəfat etdi
7 iyul 2025 , 23:53
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradıldı
7 iyul 2025 , 18:41
Həftənin sonuna qədər xoş bir hədiyyə alacaq 5 BÜRC
7 iyul 2025 , 18:35
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
7 iyul 2025 , 17:01
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir
7 iyul 2025 , 15:13