AB ölkələrində standartlaşdırma sahəsinin inkişafının gələcək istiqamətləri müəyyənləşib
13 iyun 2011 12:10 (UTC +04:00)

AB ölkələrində standartlaşdırma sahəsinin inkişafının gələcək istiqamətləri müəyyənləşib

Ramiz Həsənov Avropa Standartlaşdırma Komitəsinin Baş Assambleyasında iştirak edib


Polşa Respublikasının Krakov şəhərində Avropa Standartlaşdırma Komitəsinin (CEN) Baş Assambleyası keçirilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Baş Assambleyanın iclasında Avropa Standartlaşdırma Komitəsinin 2010-cu il üzrə fəaliyyət planı və maliyyə hesabatı təsdiq olunub. Bundan başqa “2011-2013-cü illərdə Avropa Birliyi ölkələrində standartlaşdırmanın inkişafı” üzrə proqram layihəsi müzakirə edilərək qəbul edilib. Proqram Avropa Birliyi ölkələrində standartlaşdırma sahəsinin inkişafının gələcək istiqamətlərini müəyyən edir.

Səfər zamanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) baş katibi Rob Still, Avropa Standartlaşdırma Komitəsinin baş direktoru Yelena Santyaqo Sit, Polşa Standartlaşdırma Komitəsinin prezidenti Tomaş Şvedzer, Avstriya Standartlaşdırma Qurumunun vitse-prezidenti Elizabet Ştam-Blaxe və Belarus Standartlaşdırma Komitəsinin sədri Valeriy Koreşkovla ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı standartlaşdırma sahəsində qurumlararası əməkdaşlıq əlaqələrinin inkişafı, gələcək planlar müzakirə edilib.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 1 yanvar 2010-cu il tarixindən Azərbaycan Respublikasını Avropa Standartlaşdırma Komitəsində (CEN) tərəfdaş üzv qismində (affiliate member) təmsil etməkdədir. CEN-ə tərəfdaş üzv olmaqla Komitə Avropa standartlarını maneəsiz əldə etmək və ölkəmizdə tətbiq etmək, eyni zamanda, standartların hazırlanması prosesində rəy və təkliflər vermək imkanları qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

7 iyul 2025 , 12:55
Bu həftə gözlənilən maqnit qasırğalarının  PROQNOZU

Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU

7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı

Magistraturaya ixtisas seçimi başladı

7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq  BÜRC

İyul ayında hər şeydə şanslı olacaq BÜRC

7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

7 iyul 2025 , 08:29
Üç BÜRCƏ  xəbərdarlıq   – Sınaqlar sizi diz çökdürə  bilər

Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər

7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı  olacaq

Xankəndidə Zəfər tağı olacaq

6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB

6 iyul 2025 , 13:33