Gənclərlə bağlı nəzərdə tutulan sosial ipotekanın qaydaları açıqlanıb
Layihə razılaşdırılmaq üçün nazirliklərə təqdim edilib. APA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib. İntiqam Babayev deyib ki, yaxın günlərdə razılaşdırma prosesi başa çatacaq, ondan sonra layihə imzalanmaq üçün təqdim olunacaq. Onun sözlərinə görə, ilk növbədə maliyyə və iqtisadi inkişaf nazirlikləri Dövlət Proqramının maliyyə proqnozlaşdırmasını təmin etməlidirlər.
Nazir müavini deyib ki, proqramda gənc ailələrə ipoteka verilməsi barədə bənd də öz əksini tapıb. İ. Babayev, proqram qəbul olunandan dərhal sonra sosial ipoteka verilməsi qaydalarında sadələşdirilmə aparılacağını qeyd edib. Eyni zamanda sosial ipotekanı əhatə edən kateqoriyalar artırılacaq. İ. Babayevin sözlərinə görə, sosial ipoteka çərçivəsində verilən maliyyə vəsaitinin artırılması da gözlənilir: “Sosial ipotekaya verilən maliyyə vəsaiti 35 min manat civarındadır. Bu məbləğ fərqləndiriləcək qədər artırılacaq. Yeni qaydalara əsasən ola bilsin ki, gənc ailələrlə yanaşı, ailə qurmayan gənclərə də sosiala ipoteka şamil olunsun”.
Nazir müavini sosial ipoteka verilməsi ilə bağlı gənclər üçün xüsusi şəhərcik tikilməsi məsələsinin gündəmdə olmadığını söyləyib.

Oxşar yazılar

Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası
7 iyul 2025 , 12:55Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU
7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı
7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq BÜRC
7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 iyul 2025 , 08:29Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22