Bakalavrlar qabiliyyət imtahanlarında zəif nəticə göstəriblər
Ali təhsil müəssisələrinin magistraturalarının xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında bakalavrlar bir neçə ixtisas üzrə çox zəif nəticə göstəriblər.
Lent.az-ın verdiyi məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib ki, opera-kamera müğənnisi üzrə qabiliyyət imtahanından keçən bakalavr olmayıb.
Modelyer rəssam ixtisası üzrə isə magistraturada 6 yer ayrılsa da, cəmi 1 bakalavr qabiliyyət imtahanında uğurlu nəticə əldə edib.
Qeyd edək ki, 2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsində xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslaşmaları seçən bakalavrlar bu ilk dəfə olaraq test tapşırıqlarını cavablandırmaq əvəzinə TQDK tərəfindən yaradılmış müvafiq qabiliyyət imtahan komissiyalarında iyunun 17-dən iyunun 19-dək xüsusi qabiliyyət imtahanı veriblər. Həmin ixtisaslaşmalar musiqişünaslıq, aktyor sənəti, incəsənət və dizayn proqramlarına aiddir.

Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06