“Adlar və soyadlar haqqında” xüsusi qanun hazırlana bilər
14 iyul 2011 15:10 (UTC +04:00)

“Adlar və soyadlar haqqında” xüsusi qanun hazırlana bilər

Lent.az-ın məlumatına görə, bunu parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bu gün Milli Məclisdə keçirilən mətbuat konfransında deyib.

N. Cəfərov deyib ki, bu gün Azərbaycanda əhalinin 80 faizinin soyadı “ov”, “yev”-dir: “10 faizə qədəri isə “zadə” sonluğu ilə olanlardır. Digər soyad sonluqları da var, ancaq bunlar geniş yayılmayıb. Şəkilçisiz formalar demək olar ki, heç 1 faiz də təşkil etmir”.


O bildirib ki, bu gün “ov”, “yev” soyad sonluqlarının 80 faiz təşkil etməsi düzgün hadisə deyil. Bu işin həm qanunla, həm də Nazirlər Kabinetinin sərəncamı ilə həll edilə biləcəyini söyləyən komitə sədri, əsas məsələnin ictimai müzakirələr olduğunu vurğulayıb: “Biz Azərbaycan xalqının eyni soyad sonluğu ilə tanınmağını istəyiriksə, bu, yalnız Azərbaycan Respublikası ilə məhdudlaşa bilməz”.


N. Cəfərov insanların soyadlarını milliləşdirmək üçün sadəcə əziyyət çəkmək istəmədiklərini qeyd edib.

Milli Məclis üzvlərinin də təxminən 80 faizinin sovet soyadlarından istifadə etdiyini xatırladan deputat “cəmiyyətimiz nə vəziyyətdədirsə, biz də o vəziyyətdəyik” deyib.

Anar GƏRAYLI
# 628

Oxşar yazılar