Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Xəzər həftəsi” planını açıqladı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lenet.az-a verilən məlumata görə, bu tədbirin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin, dövlətlərin və özəl sektorların diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir.
Ekoloji təqvimə daxil edilmiş “Beynəlxalq Dəniz günü”nün davam etdiyi müddətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar veriləcək, eyni zamanda hər bir sakinə bu resursların qorunmasının vacibliyi təbliğ ediləcək.
26-30 sentyabr tarixlərində “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə nazirlik tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında - Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin və KİV nümayəndələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi, Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş işlər barədə iştirakçıların məlumatlandırılması nəzərdə tutulub.
“Beynəlxalq Dəniz günü” münasibətilə keçirilməsi nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eləcə də bu istiqamətdə görülən işlər barədə ictimaiyyətin maarifləndirilməsinə yönəlib.

Oxşar yazılar

1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?
17 iyul 2025 , 19:59
Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ
17 iyul 2025 , 19:07
II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ
17 iyul 2025 , 19:06
İki BÜRCÜN həyatında “ağ zolaq” başlayır: Çətin dövrdən sonra
17 iyul 2025 , 18:30
Şəhid jurnalistə həsr olunmuş kitabın təqdimatı oldu
17 iyul 2025 , 18:14
Həftənin bu günü insanlar stresli və əsəbi olur - ALİMLƏR AÇIQLADI
17 iyul 2025 , 16:37
Yayın gözəllikləri və təhlükələri: xərçəng riski var - ARAŞDIRMA
17 iyul 2025 , 16:07