Zabrat sakinləri qaz üzünə həsrət qalıb - ŞİKAYƏT
Sabunçu rayonu Zabrat qəsəbəsinin Oktyabr və Məmmədyarov küçələrinin 100-ə yaxın sakini redaksiyamıza müraciət edib. Lent.az-ın məlumatına görə, həmin ərazidəki evlərə təbii qazın verilməsində ciddi problem yaranıb. Sakinlərin sözlərinə görə, artıq aylardır ki, qaz üzünə həsrət qalıblar. Bəzi yaşayış evlərində “şam işığı” qədər qazın verilməsi yemək hazırlamaq üçün belə əlverişli deyil.
Sakinlər yaranmış problemlə bağlı müxtəlif instansiyalara müraciət etsələr də, bu problem aylardır həll olunmamış qalır.
Zabrat qəsəbəsinin Qaz İstismarı İdarəsinin rəis müavini Daşdəmir Qocayev Lent.az-a açıqlamasında həmin küçələrdə yerləşən evlərin yarı hissəsinə bu gün günortadan sonra qaz veriləcəyini bildirdi: “Qalan ərazilərə isə gələn ayın əvvəlinə qədər mavi yanacaq veriləcək”.
D.Qocayev aylardır mavi yanacağın verilişində yaranan problemin səbəbini bu cür izah etdi: “Həmin ərazilərdə yeraltı xətləri kəsib, yenisiylə əvəzləyirlər. Çünki bütün yaşayış binalarının altında çürümə var, evi tikib üstündə, qaz borusu da altda qalıb”.
Nailə

Oxşar yazılar

1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?
17 iyul 2025 , 19:59
Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ
17 iyul 2025 , 19:07
II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ
17 iyul 2025 , 19:06
İki BÜRCÜN həyatında “ağ zolaq” başlayır: Çətin dövrdən sonra
17 iyul 2025 , 18:30
Şəhid jurnalistə həsr olunmuş kitabın təqdimatı oldu
17 iyul 2025 , 18:14
Həftənin bu günü insanlar stresli və əsəbi olur - ALİMLƏR AÇIQLADI
17 iyul 2025 , 16:37
Yayın gözəllikləri və təhlükələri: xərçəng riski var - ARAŞDIRMA
17 iyul 2025 , 16:07