Binəqədidə ilin I yarısının yekunlarına həsr olunmuş iclas keçirilib - FOTO
19 iyul 2012 17:06 (UTC +04:00)

Binəqədidə ilin I yarısının yekunlarına həsr olunmuş iclas keçirilib - FOTO

Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı yanında Şuranın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrlə bağlı və rayonun sosial-iqtisadi inkişafının 2012-ci ilin I yarısının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş iclası keçirilib.


Bu barədə Lent-az-a RİH başçısı Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyev məlumat verib. Rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin, millət vəkilləri Madər Musayev və Rafael Cəbrayılovun, eləcə də ictimaiyyətin fəal nümayəndələrinin iştirakı ilə keçirilən iclası giriş sözü ilə açan RİH başçısı Xaləddin İsgəndərov 2012-ci ilin I yarımilliyində ölkənin sosial-iqtisadi inkişafında əldə edilmiş uğurlardan danışıb, iyulun 11-də Nazirlər Kabinetinin məlum iclasında dövlət başçısı İlham Əliyevin proqram xarakterli nitqinə istinad edərək, keçən dövr ərzində ölkə üzrə əldə olunan nailiyyətləri qeyd edib və bu nailiyyətlərin əldə olunmasında Binəqədi rayonunun da iştirakını diqqətə çatdırıb.


RİH başçısının müavini Vüsal İsmayılov 2012-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib.

Məruzə ətrafında çıxış edən digər natiqlər – Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ədalət Rəcəbov, rayon Məşğulluq Mərkəzinin direktoru Məhəmməd Hacıyev və rayon Sukanal Departamentinin rəisi Rauf Osmanov hesabat dövründə ölkə üzrə əldə olunmuş uğurları, Prezident İlham Əliyevin respublikamızın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndiriblər.
Sonda təkliflər də nəzərə alınmaqla iclasın qərar layihəsi oxunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1857

Oxşar yazılar

Bağçalara qəbul başladı

Bağçalara qəbul başladı

18 iyul 2025 , 11:20
Qusara yeni prokuror  təyin olundu

Qusara yeni prokuror təyin olundu

18 iyul 2025 , 10:46
Bakının 3 rayonu bu gün qazsız qalacaq

Bakının 3 rayonu bu gün qazsız qalacaq

18 iyul 2025 , 09:47
Böyük irəliləyiş astanasında olan  BÜRCLƏR

Böyük irəliləyiş astanasında olan BÜRCLƏR

18 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

18 iyul 2025 , 08:45
1000  qadınla yatıb:   Vəhşi həyatından niyə imtina etdi?

1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?

17 iyul 2025 , 19:59
Sabahın  isti diskomfort   havası ilə bağlı XƏBƏRDARLIQ

Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ

17 iyul 2025 , 19:07
II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ

II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ

17 iyul 2025 , 19:06