Ali məktəblərdə jurnalistika təhsili müzakirə olunub
19 iyul 2012 19:41 (UTC +04:00)

Ali məktəblərdə jurnalistika təhsili müzakirə olunub

Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən “Ali məktəblərdə jurnalistika təhsilinin və informasiya-kommunikasiya strategiyalarının inkişafına dair hüquqi təşəbbüslər” adlı layihənin icrası çərçivəsində Bakı Avrasiya Universitetində seminar keçirilib. Lent.az-ın məlumatına görə, media hüquq ekspertlərinin, jurnalistlərin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə müasir jurnalistika, informasiya-kommunikasiya strategiyaları və KİV-in inkişafına dair beynəlxalq və milli hüquq normaları barədə müzakirələr aparılmış, internetin, elektron medianın ictimai fikrin formalaşmasında və dövlətin möhkəmlənməsində xüsusi rolundan danışılıb, bu sahədə hüquqi öhdəliklərin müqayisəli araşdırılması və öyrənilməsinin əhəmiyyəti vurğulanıb.

Seminarda müasir jurnalistikamızda və milli media qanunvericiliyində mövcud olan diffamasiya, şərəf və ləyaqətin müdafiəsi, şəxsi həyatın mühafizəsi ilə bağlı yeni transmilli anlayışlar barədə ətraflı məlumat verilib, informasiya-kommunikasiya azadlığına dair xarici ölkələrin qanunvericiliklərinə və Avropa Məhkəməsi təcrübəsinə əsaslanaraq elektron medianın hazırkı qloballaşma və Avropaya inteqrasiya proseslərində mühüm önəmi ilə bağlı faydalı fikir mübadiləsi aparılıb, dinləyiciləri maraqlandıran suallara aydınlıq gətirilib.

Layihə çərçivəsində “Beynəlxalq hüquq və Azərbaycanın media qanunvericiliyi” kitabının (dərs vəsaitinin) çap olunaraq yayımı da nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1139

Oxşar yazılar

Bağçalara qəbul başladı

Bağçalara qəbul başladı

18 iyul 2025 , 11:20
Qusara yeni prokuror  təyin olundu

Qusara yeni prokuror təyin olundu

18 iyul 2025 , 10:46
Bakının 3 rayonu bu gün qazsız qalacaq

Bakının 3 rayonu bu gün qazsız qalacaq

18 iyul 2025 , 09:47
Böyük irəliləyiş astanasında olan  BÜRCLƏR

Böyük irəliləyiş astanasında olan BÜRCLƏR

18 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

18 iyul 2025 , 08:45
1000  qadınla yatıb:   Vəhşi həyatından niyə imtina etdi?

1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?

17 iyul 2025 , 19:59
Sabahın  isti diskomfort   havası ilə bağlı XƏBƏRDARLIQ

Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ

17 iyul 2025 , 19:07
II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ

II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ

17 iyul 2025 , 19:06