Ekologiya Nazirliyi hesabat verdi
0
0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin tabeli qurumları tərəfindən bu ilin 6 ayı ərzində görülən işlərin hesabatını verib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu müddət ərzində 1256 hektar sahədə meşə əkini və səpini işləri həyata keçirilib.
Meşə əkinlərinin becərilməsi məqsədilə 14772 hektar sahədə xidmət, 16274 hektar sahədə isə suvarma işləri aparılıb. Müxtəlif ağac və kol cinslərindən 6142 kiloqram toxum tədarük edilib.
Həmçinin tabeli qurumların tinglik sahələrinin səpin şöbələrində 41,92 hektar sahədə toxum səpilib, böyütmə şöbələrində 37,99 hektar sahədə 1479 min ədəd toxmacar, kökləndirmə şöbələrində isə 14,01 hektar sahədə 655 min ədəd çilik basdırılıb.
Eyni zamanda 1324 hektar sahədə torpaq hazırlığı işləri aparılıb. Respublikanın meşə mühafizə işçiləri tərəfindən 2012-ci ilin 6 ayı ərzində 72973 manat dəyərində 10861 m³ həcmində qanunsuz qırıntılar aktlaşdırılmış və qanunamüvafiq tədbirlər görülüb.
Hesablanan 72973 manat ziyanın 43258 manatının ödənilməsi təmin olunub. Təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün 107 iş hüquq mühafizə orqanlarına göndərilib.
Meşə Mühafizəsi və Bərpası Müəssisələrində aparılmış yoxlamalar zamanı işlərində qanun pozuntusuna yol verdiklərinə görə 160 nəfər meşə mühafizə işçisi barəsində intizam tənbehi tədbiri görülüb, 46 nəfər isə işdən azad edilib.
Yanğın əleyhinə vaxtaşırı qabaqlayıcı tədbirlər aparılıb. 9,4 hektar sahədə meşə yanğını hadisəsi baş vermiş və operativ qaydada qarşısı alınıb. Meşə fonduna əsaslı ziyan dəyməyib
Jalə