“İftarda Bizimlə Olmaq İstərdinmi?”
SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Müqəddəs Ramazan ayı ərzində şirkətləri və fərdi şəxsləri xeyriyyəçilik fəaliyyətinə dəvət edir. Lent.az-ın verdiyi məlumata görə, Assosiasiya bu ay ərzində “İftarda Bizimlə Olmaq İstərdinmi?” adlı kampaniyaya başlayır.
Kampaniyanın əsas məqsədi şirkətlərin və fərdi şəxslərin diqqətini valideyn himayəsindən məhrum olmuş və bu risk altında olan uşaqların problemlərinə cəlb etmək, onlara bu uşaqlara dəstək göstərmək imkanı yaratmaq, uşaqların öz milli – mənəvi dəyərlərini qorumasına dəstək olmaq və cəmiyyətimizdə xeyriyyəçilik ənənələrini yaşatmaqdır. Kampaniya Ramazan ayı ərzində davam edəcək. Kampaniya çərçivəsində şirkətlər və fərdi şəxslər üçün SOS Kəndində yaşayan 14 ailədə iftar süfrələri açılacaq. İftardan öncə qonaqların kəndlə və uşaqların yaşayışı ilə tanışlığı da nəzərdə tutulur. Kampaniya müddətində uşaqların inkişafı üçün nəzərdə tutan fəaliyyətlərin həyata keçirilməsi məqsədilə şirkət və fərdi şəxslərin ianələrinin də cəlb edilməsi planlaşdırılır: “Siz də çalışdığınız şirkətlə və ya dostlarınız ilə bu iftar süfrələrində iştirak edib, SOS Uşaq Kəndində yaşayan uşaqlara dəstək ola bilərsiniz. Bunun üçün SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının Korporativ Fandrayzeri Rasif Dünyamalıyev (055 277 44 04) əlaqə saxlayın”.

Oxşar yazılar
Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48
Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu
18 iyul 2025 , 15:43
Baş prokuror Zaqatalaya getdi
18 iyul 2025 , 15:34
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə MÜRACİƏT
18 iyul 2025 , 14:53
Heç kim onlara təşəkkür etmir...
18 iyul 2025 , 14:44
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu
18 iyul 2025 , 14:16