Bakı Türk Liseyindən rekord: iki 700, 16 qızıl, 7 gümüş medal
Bu il Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyinin məzunları ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərib. Liseyin müdiri Kadir Bektaşoğlunun Lent.az-a verdiyi məlumata görə, TQDK-nın rəsmi nəticələrinə görə, IV ixtisas qrupu üzrə keçirilmiş imtahanda ölkə üzrə yalnız iki nəfər 700 bal toplayıb. Hər iki abituriyent TDV Bakı Türk liseyinin məzunudur.
Kamran Həmidov və Kamil Sərdarlı 700 bal toplayaraq respublika birincisi, Pərviz Kərimli isə 696 balla respublika ikincisi olub. Bu ixtisas qrupu üzrə keçirilmiş imtahanda liseyin 15 nəfər məzunu iştirak edib. Onlardan 9-u (60 %) 600-dən çox bal toplayıb. Bu məzunlardan 8 nəfəri 667 və daha çox bal toplayaraq rekord nəticələr əldə edib. TDV Bakı Türk liseyinin builki məzunları Təhsil Nazirliyinin qərarı ilə 16 qızıl və 7 gümüş medalla təltif olunub.
Liseyin müdiri bu böyük nəticələrin əldə edilməsində əməyi olan bütün müəllimlərə, valideynlərə və şagirdlərə öz təşəkkürünü bildirib.

Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54