Sabahdan orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır
Avqustun 1-dən orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulu başlanır. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər sabahdan avqustun 24-dək internet vasitəsi ilə elektron ərizələrini doldura bilərlər. Abituriyentlər tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd qəbulu komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq edirlər. SQK-lar hər gün (şənbə və bazar günü istisna olmaqla) saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Abituriyentlər tələb olunan sənədləri təyin olunan SQK-lara təqdim etməklə ərizələrini təsdiq etdirməklə yanaşı, hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər.
Qeyd edək ki, cari tədris ilində ümumi orta təhsil bazasında (9 illik) 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılacaq. Ayrılmış plan yerlərinin sayı 10404-dır. Onlardan 4866 dövlət sifarişi üzrə, 5538 yer isə ödənişli əsaslarladır.
Anar

Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54